Naftalan vannaları əksər xəstəliklərin müalicəsində əvəzsizdir
“Müalicə prosesində tam bədən və oturaq vannalar xəstəliyə qarşı çox effektli hesab edilir”
Bu fikirləri danışan “Gold Naftalan” sanatoriyasının baş həkimi Anar Gümayevin sözlərinə görə, müalicə üçün təşrif buyuran pasientlərin mövcud sağlamlıq durumuna uyğun olaraq onlara tam vannalar, oturaq vanalar , qurşağacan vannalar və lokal vannalar təyin edilir. Məsələn, dizəcən olub ətrafları əhatə edən müalicə vannaları.Naftalan müalicəsi prosesində tam bədən və oturaq vannalar ən effektli vannalar hesab olunur: “Müalicə vannalarının sayı və qəbulu təqvimləri də pasientin xəstəliyinə müvafiq olaraq müəyyən edilir. Məsələn oynaq xəstəliklərindən əziyyət çəkənlər üçün 10 Naftalan vannasının 13-14 günə qəbulu nəzərdə tutulursa, dəri xəstəliklərinin müalicəsi üçün 16-17 gün ərzində 12 müalicəvi vannanın qəbulu təyin olunur. Gün sayındakı fərq ondan qaynaqlanır ki, hər gün fasiləsiz müalicəvi vanna qəbulu faydadan çox zərər verə bilər”.
Baş həkim Naftalan müalicəsinə üz tutan pasientlərin xəstəlikləri barədə də danışıb: “İllərdir ki, Naftalana müalicə üçün əsasən dayaq-hərəkət sistemindən əziyyət çəkən insanlar gəlir. Həm də təkcə Azərbaycandan deyil, Amerikadan, Avropa ölkələrindən, Rusiyadan, Orta Asiyadan bu xəstəlik daşıyıcıları davamlı Naftalan sanatoriyalarına ayaq basır. Bura daxildir onurğa sütunun xəstəlikləri, oynaq xəstəlikləri, revmatik xəstəliklər, yəni metabalik pozuntuların nəticəsi olaraq ortaya çıxan artroz, osteoxondroz və digər xəstəliklər. Bir də Naftalan müalicəsindən yararlanan şəxslərin 15-20 faizə qədəri dəri xəstəliklərindən əziyyət çəkənlərdir. O cümlədən ps0riaz, neoroderomit, otopik deromit, ekzema və naməlum etiologiyalı alergiyalardır. Bu xəstəliklərin müalicəsində Naftalan vannalarının çox böyük effekti var. Ümumiyyətlə Naftalan vannalarının 70-ə yaxın müsbət göstəriciləri var. Prostat vəzinin funksiyalarını yaxşılaşdırır, əzələ ağrıları, nevritlər, nevrologiyalar, qadın_və kişi sonsuzluğunun müalicəsi üçün Naftalan vannaları əvəzedilməzdir. Eyni zamanda qaraciyərə müsbət təsir edir, öd axınını yaxşılaşdırır.”
Anar Gümayev təcrübə və pasientlər üzərindəki müşahidələrinə əsasən oynaq, onurğa sütunu xəstəlikləriin sayının dəhşətli dərəcədə artdığını deyir. Söhbət metabalik pozuntuların təzahürü olan pratruziyalar, artiroz, ostroxondroz və yırtıqlardan gedir. Üstəlik bu xəstəliklər, o cümlədən fəqərələrarası disklərin yırtığı və pratraziyaları xeyli dərəcədə cavanlaşıb. Əvvəllər bu kimi hallar insanlarda 40-50 yaşdan sonra müşahidə olunurdusa, indi bu yaşdan xeyli azyaşda olan şəxslər arasınds adi hala çevrilib. Baş həkimin fikrincə bunun da əsas səbəbi hərəkətsizlikdir. Anar Gümayev “Dərd də var, dərman da” el deyiminin yaxşı mənada Naftalan vannalarına aid olduğunu deyir. Çünki Naftalan müalicəsi minbir dərdin dərmanıdır. Qeyd edək ki. Anar Gümayev həm də 44 günlük Zəfər yürüşünün iştirakçısıdır.
Şərhlər bağlıdır.