Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nəqliyyatın əsas göstəriciləri

Şəhərin nəqliyyat müəssisə və təşkilatları tərəfindən 2022-ci ilin yanvar-dekabr ayları ərzində göstərilmiş xidmətlər barədə

Şəhərdə hava və su nəqliyyatı olmadığından əsasən avtomobil nəqliyyatından istifadə olunur.

Şəhərin nəqliyyat müəssisə və təşkilatlarında (fiziki şəxslər də daxil edilməklə) 2022-ci ilin yanvar-dekabr aylarında göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə ümumi həcmi 12474,5 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3884,0 min manat və ya 45,2 faiz artmışdır. Hesabat dövründə göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə ümumi həcminin 12252,8 min manatı və ya 98,2 faizi nəqliyyat müəssisə və təşkilatlarının (fiziki şəxslər də daxil edilməklə) əsas fəaliyyətindən yaranmışdır.

Şəhərin nəqliyyat müəssisə və təşkilatları tərəfindən göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə illər üzrə ümumi həcmi qrafikdə əks olunmuşdur.

Cari ilin yanvar-dekabr aylarında şəhərdə avtomobil nəqliyyatı vasitələri ilə fiziki şəxslər də daxil olmaqla cəmi 580,0 min ton yük daşınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 78,0 min ton və ya 15,5 faiz artmışdır. Hesabat dövründə avtomobillərin yük dövriyyəsi 76583,0 min ton km. olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12143,3 min ton km. və ya 18,8 faiz artmışdır.

2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 2022-ci ilin yanvar-dekabr aylarında daşınmış sərnişinlərin sayı 5581,0 min nəfər və ya 27,3 faiz artaraq 25995,0 min nəfər olmuşdur. Sərnişin dövriyyəsi isə müvafiq olaraq bu ilin yanvar-dekabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 57536,8 min sərnişin km. və ya 27,6 faiz artaraq 266046,0 min sərnişin km. təşkil etmişdir.

Şərhlər bağlıdır.