Musiqi Məktəblərində Təhsilverənlər Sertifikasiya Prosesindən Keçəcək
Musiqi və İncəsənət Məktəblərində Təhsilverənlər Artıq Sertifikasiyadan Keçəcək
Mədəniyyət Nazirliyinə bağlı uşaq musiqi, incəsənət, rəssamlıq məktəbləri və digər oxşar dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin bilikləri və peşə qabiliyyəti attestasiya yolu ilə deyil, xüsusi qaydalar əsasında sertifikasiya ilə qiymətləndiriləcək.
Bu məsələ Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsi və “Təhsil haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihənin qəbulundan sonra təhsilverənlərin nəzəri bilikləri, təcrübəsi və peşə yararlılığı xüsusi sertifikasiya imtahanı vasitəsilə qiymətləndiriləcək. Bu prosesin şəffaflığı, nəticələrin müqayisəliliyi və etibarlılığı təmin olunacaq, həmçinin müvafiq təhsil müəssisələrinin inkişafına və təhsilin keyfiyyətinin yüksəlməsinə töhfə veriləcək.
Sertifikatlaşdırma prosesi eyni zamanda ixtisas üzrə biliklərin davamlı yenilənməsini nəzərdə tutur, bu da təhsilverənlərin peşəkar inkişafını və bacarıqlarının daim artırılmasını təşviq edəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.