Murov qartalı Raquf Orucovun xatirəsi yad edilib
İntellektual gəncləri arasında "Nə? Harada? Nə zaman?" formatında yarış keçirilib
Ağdaş rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin və Ağdaş İntellektual Klubunun birgə təşkilatçılığı ilə regionun intellektual gəncləri arasında “Nə? Harada? Nə zaman?” formatında yarış keçirilib.
Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Raquf Orucovun anadan olmasının 50-ci ildönümünə həsr olunmuş yarışda 12 komanda mübarizə aparıb.
Yarışın qalibi 14 xalla Ağdaş rayonunun “AİK” komandası olub. İkinci və üçüncü yerləri Göyçay rayonunun “Latimeriya” və Bərdə rayonunun “Hərum” komandaları bölüşdürüblər. Qaliblər diplom və kubokla təltif olunub.
Şərhlər bağlıdır.