Müharibənin Bədəlini Açıqladı: Ukraynaya 1 İl = 120 Milyard Dollar
Zelenski: “A planı müharibəni bitirməkdir, B planı isə 120 milyard dollar tapmaq”
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında ölkənin maliyyə vəziyyəti barədə danışıb. Onun sözlərinə görə, müharibənin davam etdiyi hər il Ukraynaya 120 milyard dollara başa gəlir.
“Bir ilin qiyməti 120 milyard dollardır. 60 milyard Ukrayna büdcəsidir və biz hələ gələn il üçün əlavə 60 milyard dollar tapmalıyıq. A planımız müharibəni bitirməkdir. Əgər bu alınmasa, B planımız 120 milyard dollar tapmaq olacaq”, – Zelenski vurğulayıb.
Bundan əvvəl baş nazir Yuliya Svırıdenko bildirmişdi ki, 2026-cı ilin büdcəsi məhz hərbi əməliyyatların davam edəcəyi ehtimalı ilə hazırlanır. Deputat Heorhiy Mazuraşu isə Zelenskinin bu vəsaitləri əsasən xaricdə axtarmaq niyyətində olduğunu qeyd edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.