Prezident İlham Əliyev 2021-ci il fevral ayının 1-də Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı bir sıra mühüm məsələlərə toxunub. Müstəqillik illərində yaranmış böhran və çətinliklər ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə aradan qaldırılmış, ölkəmiz inkişaf yoluna qədəm qoymuşdur. Dövlətimizin başçısı İlham Əliyev prezident kimi fəaliyyətə başladlığı ilk dövrlərdən iqtisadi inkişafa xüsusilə önəm verməklə möhtəşəm layihələr imzalamışdır. Həmin layihələr uğurla həyata keçirilmişdir və keçirilir. Son 17 il ərzində Azərbaycanın bütün bölgələrində 750-dən çox xəstəxana yenidən tikilib, yaxud əsaslı təmir edilib. Yeni tibb müəssisələrinin həm memarlıq, həm də avadanlıqlarla təchizat standartları yüksəkdir.
Prezident İlham Əliyev deyir ki, 17 il əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi. Əslində Səhiyyə sahəsində dövlət siyasətinin növbəti hədəfi səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və tibbi xidmətinkeyfiyyətinin artırılmasıdır.
Müsahibə zamanı tarixi yada salaraq Prezident İlham Əliyev bildirib ki; “2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik”. Yəni o zaman Azərbaycanın neftdən gəlirləri aşağı olsa da, Azərbaycan Prezidenti gələcəyi proqnozlaşdıra bilib, qarşıya qoyduğu vəzifə bütövlükdə icra edilib. Prezidentimizin tapşırığına uyğun olaraq Azərbaycanda hər il 5 milyon insan – ölkə əhalisinin yarısı dövlət hesabına tibbi müayinədən keçir. Azərbaycan belə təşəbbüsü həm irəli sürən, həm dəreallaşdıran nadir ölkələrdəndir.
Müasir xəstəxana fondunun yaradılması icbari tibbi sığortaya keçməyə imkan yaradıb. Ölkəmizdə 2017-ci ildən icbari tibbi sığortaya keçid, pilot layihələrin Mingəçevir və Yexlax şəhərlərində tətbiqi səhiyyə sisteminin inkişafəna təkan verməklə yanaşı vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətini də yaxşılaşdırıb. 2020-ci ildə məlum koronavirus pandemiyasının dünyada tüğyan etməsi Azərbaycandan da yan keçməyib. Ölkəımizdə də bu xəstəliyə yoluxanlar təəssüf ki, oldu və buna qarşı karantin tədbirləri həyata keçirilməkdədir. Təhlükənin aradan qaldırılması üçün həyata keçirilən tədbirlər müsbət nəticə verib. Pandemiyaya qarşı görülən tədbirlərdən danışan prezidentimiz reallıqlardan danışıb. Yəni, Azərbaycanın xəstəxana fondu hər hansı xoşagəlməz hadisələrə, pandemiyaya əvvəlcədən hazır olub. Bundan başqa əvvəl Azərbaycanda cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdisə, hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Ötən il prezidentin tapşırığı ilə Modul tipli 13 xəstəxana quraşdırılıb. Pandemiyaya qarşı mübarizə apararkən insanlara çətinliklər yaradılmaması üçün çox həssas davranılıb.
Dünya Səhiyyə Təşkilatı da bəyan edir ki, pandemiyanın ilk günlərindən Azərbaycanda işlər düzgün aparılıb, bütün lazımi addımlar atılıb, beynəlxalq təşkilatlarla təmaslar qurulub. Virusun yayılmasının qarşısını almaq üçün 4 milyon doz vaksin sifariş edilib və Azərbaycana gətirilməsi təmin edilib. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizədə “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim edib.
“Qallap” rəy sorğu şirkətinin apardığıtəhlil-rəy sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının 86 faizi dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirir. Bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir.
Həm beynəlxalq təşkilatlar, həm də ölkə əhalisi dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirir. Çünki ölkəmizdə vətəndaşların sağlamlığı daim diqqət mərkəzində saxlanılır. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır. Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib.
Azərbaycan neomüstəmləkəçiliyə qarşı mübarizənin təşkilatçısı kimi çıxış edir
Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiyaya qarşı mübarizə məqsədilə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib,beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib.
Bəzi ölkələrin etinasızlığına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının COVİD-lə bağlı xüsusi sessiyasının keçirilməsinə nail olub.
Azərbaycan Prezidenti BMT Baş Assambleyasının xüsusisessiyasında çıxış edərkən bütün ölkələri həmrəyliyə, bu bəlaya qarşı mübarizədə təşəbbüsləri birləşdirməyə, zəngin ölkələri məsuliyyət göstərməyə çağırıb.
Bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşə və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər.
Prezident İlham Əliyev deyib ki, “COVİD-ə qarşı peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır”.
Azərbaycan Prezidenti zəngin ölkələri peyvəndi alıb kasıb ölkələrə də ötürməyə, şirkətləri isəbu sahədə qazanc dalınca qaçmamağa çağırıb.
Azərbaycan dövləti Qoşulmama Hərəkatının sədri kimi öz bəyanatlarına sadiq qalır, beynəlxalq hüququ və ədaləti müdafiə edir.
Prezident İlham Əliyev müsahibə zamanı vurğulayıb ki, Azərbaycan beynəlxalq qurumların fəaliyyətində özünü məsuliyyətli ölkə kimi aparır və bundan sonra da öz səsini daim ucaldacaq.
Pandemiya şəraitində müşahidə olunan ədalətsizliklər də olub.
- Dünya əhalisinin 14 faizini təşkil edən inkişaf etmiş ölkələr bu günə qədər vaksinlərinin 53 faizini sifariş ediblər;
- “Moderna” vaksininin 98 faizini,“Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər;
- Dünyanın aparıcı media qurumlarına bu məlumatları gündəmdə saxlamaq sərf etmir;
- Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyən Kanada öz əhalisinin sayındandörd dəfə çox– 154 milyon əhali üçün vaksin sifariş edib;
- Bu, digər ölkələrdə 120 milyon insana vaksinlərin çatmaması deməkdir;
- Kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür;
- Bu yanaşmanın dərin kökləri müstəmləkəçilik dövrünə aparır.
“Biz neomüstəmləkəçilik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik”, deyən prezidentimiz əlavə edib ki, “Neomüstəmləkəçi ölkələrin başqalarını nədəsə ittiham etməyə mənəvi haqqı yoxdur”.
Ötən il həm də Azərbaycan Qoşulmama Hərəkatının digər üzvlərinə mövcud ədalətsizliklə bağlıməsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmaq çağırışı edib. Prezidentin Azərbaycan Televiziyasına müsahibəsi ilə zəngin ölkələrin bu praktikadan əl çəkməsi üçün beynəlxalq kampaniyaya start verilir.
Erməni faşizminin fəsadları
Ölkə rəhbəri Ermənipərəst, anti-Azərbaycan, islamofob dairələrinin bildiyi, lakin etiraf etməkdən çəkindikləri vəziyyətlərdən də danışıb. Belə ki,
- Ermənistan Azərbaycan torpaqlarını zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb;
- Füzuli şəhərində bir dənə də bina yoxdur, bircə hərbi hissənin üç-dörd mərtəbəli binasıdır;
- Cəbrayıl şəhərinin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur;
- Qubadlı və Zəngilanda sadəcə olaraq bir neçə yarıdağılmış vəziyyətdəev qalıb. O evlərdən də onlar polis şöbəsi kimi, deməli hərbi baza kimi istifadə edilib;
- Yol boyunca kəndlərin bütün binaları dağıdılıb, talan edilib;
- Müasir dünya ikinci belə vəhşilik görməyib. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar.
Prezident İlham Əliyevin düşmənin törətdiyi vandallıqlardan dönə-dönə danışıb: “Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də erməni vandalizmini gizlətməyə çalışıblar”. İşğal zamanı törədilmiş talançılığa, vəhşiliyə dünyanın diqqətini cəlb etmək üçün oraya jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət edilir. Azərbaycan həqiqətlərinin dünyaya yayılması birtərəfli dövlətlərin də gerçək simasını ortaya qoyur.
Ermənilər hesab edirdilər ki, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Amma Azərbaycanın o faciədən sonra ayağa dura biləcəyini, zəngin təbii ehtiyatlardan səmərəli şəkildə istifadə edibinkişaf edəcəyini görə bilməyiblər. Həm də erməni faşist ideologiyasının daşıyıcılarının ürəyində azərbaycanlılara qarşıdüşmənçilik var.
Prezident İlham Əliyev deyib ki, Azərbaycanın şanlı Qələbəsi bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır: “Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik,bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik”. “Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. “İllər keçdikcə erməni xalqı da bizə minnətdar olacaq ki,onları bu bəladan xilas etmək istədik”.
Azad edilmiş torpaqlarla bağlı hədəflər yalnız inkişaf prosesinin həyata keçirilməsidir.
Azad edilmiş torpaqların bərpası ilə bağlı dövlət başçısı tərəfindən bir çox mühüm qərarlar qəbul edilib, qərargah yaradılıb. Bütün təkliflər, bütün təşəbbüslər qərargaha göndərilməlidir. Torpaqlarımız azad edildikdən sonra ilk olaraq yolların çəıilişinə başlanıb. Prezident İlham Əliyev deyib ki, Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün yaradılan şərait dünyaya nümunə olacaq.
Azad olunmuş torpaqlarda görüləcək işlərin ardıcıllığı isə belədir:
- Minalardan təmizləmə aparılır. Bu, böyük prosesin aparılması məqsədilə ANAMA yenidən qurulur.
- Minalar təmizləndikdən sonra dəymiş ziyan qiymətləndirilməlidir, əks halda qaldırılacaq təzminat davasında uğur qazanılmayacaq.
- Beynəlxalq şirkətlər özləri tədqiqat aparacaq və Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər.
- “Ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası əsasında bütün şəhərlərin baş planları hazırlanır.
- Bu işlər görüldükdən sonra infrastruktur layihələri icra ediləcək.
- Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikiləcək.
- Beləliklə, keçmiş köçkünlərin azad olunmuş torpaqlara qayıtması təmin ediləcək.
Şuşanın ərazisi 300 hektardır. Birinci təhlil aparılmalı, ondan sonra o tarixi binalar bərpa edilməlidir. Bərpa zamanı mütəxəssislərin rəyi nəzərə alınacaq.
Şuşada tarixi binaların bərpası,“xruşşovkalar”ın yerində müasir 4-5 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev: “Mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar şəhəri necə görmək istədiklərinəözləri qərar verməlidirlər”.
Prezidentin müsahabə zamanı məmurlara xəbərdarlıq etdi
Şuşa şəhəri AzərbaycanPrezidenti tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Bəzi məmurların yanlış düşüncələri və təkliflərini prezidentimiz belə ifadə etdi:
- Mərkəzi Bankın sədrinin təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin açılacağını bildirməsi özbaşınalıqdır.
- “Azəravtoyol”un rəhbəri Şuşada qurumunun regional mərkəzini açmaq üçün Prezidentə müraciət edib. Şuşada “Azəravtoyol”un regional mərkəzinin nə işi var?
- AZAL-ın rəhbəridə müraciət edib ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur.
- Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?
- Fövqəladə hallar naziri Şuşada Nazirliyinin Qarabağ regional mərkəzini yaratmaq üçün müraciət edib.
- Dövlət Sərhəd Xidmətinin rəisi sərhəd xidmətinin Şuşa zastavasını da yaratmaq istəyir. A kişi, Şuşada sərhəd var? İndi bizim o boyda sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da.
- Hamısı dövlət hesabına Şuşada özlərinə rezidensiya inşa etdirmək, bu işə pullar israf etmək, özləri üçün şərait yaratmaq, o torpağı zəbt etmək istəyirlər.
Bütün bunlar yolverilməzdir. Yəni rəhbər şəxslər işlərini düzgün qurmalıdırlar. Bəli, torpaqlarımız azad edilib. Uzun illərdən sonra dövlətimiz böyük qələbə qazanıb. Azad olunan ərazilərin hər birisi bizim torpaqlarımızdır və onların hər biri inkişaf etdirilməlidir. Həyat bərpa olunduqca sakinlərin qayıdışı həyata keçirildikcə əhval ruhiyyə daha da yaxşılaşacaq.
Prezident İlham Əliyev deyir ki, “Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə yeni ofis yaratmaq üçün açıqlamalar verilməsi tamamilə qəbuledilməzdir”. “Ucuz populyarlıq dalınca qaçanların axırı pis olur. Heç kim özbaşınalıq edə bilməz”.
Məmurlar dövlət qulluqçusunun etik davranış normalarına əməl etməli, öz yerlərini bilməli, öz işləri ilə məşğul olmalıdırlar. Qarabağın azad olunması ilə dövlət idarəçiliyinə də yeni yanaşma, yeni model gəldiyini hər kəs hiss etməlidir. Məmurlar həmişə Prezidentin “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir”devizini öz fəaliyyətlərində əsas götürməlidirlər. Azərbaycan vətəndaşlarını yersiz qıcıqlandıran, onların dövlət aparatına etimadını azaldan heç bir hərəkət cavabsız , cəzasız qalmayacaq.
Prezident İlham Əliyev əslində xəbərdarlıq edib: “ Mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da, məmurlar da bilsinlər”. “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” “Bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır”.
İctimai nəzarət olmasa, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Buna yol verilməməlidir.
Prezident İlham Əliyevin sözləri ilə desək, “Artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu”. “Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır”.
Dağıdılmış şəhərlər tezliklə elə planlı şəkildə bərpa ediləcək ki,oraya qayıdacaq insanların rahatlığı təmin olunsun, müasir, güclü Azərbaycanın gücü bütün dünyaya nümayiş etdirilsin. Azərbaycanın günbəghün inkişafı xalqımızın gələcəyə olan inamını artırır. Çünki dövlətimiz, vətəndaşların həyat tərzinin yaxşılaşdırılmasını , sağlamlığını daim diqqətdə saxlayır və bu hər zaman belə olacaq. Çünki, Azərbaycanda milli birlik qalib gəlir.
Şərhlər bağlıdır.