Müəllimlər Günündə Hədiyyələrə Qadağa — Dövlət Agentliyi Xəbərdarlıq Edib
Təhsil müəssisələrində etik davranış qaydaları müəllim və valideynlər üçün açıqlanıb
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı vacib xəbərdarlıq yayıb.
Agentliyin məlumatına görə, Elm və Təhsil Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənmiş “Təhsilverənlərin etik davranış Qaydaları” müəllimlər, şagirdlər və valideynlər arasında sağlam münasibətlərin formalaşdırılmasına xidmət edir. Bu qaydalar təhsil müəssisələrində işgüzar mühitin qorunmasını, emosional və psixoloji sabitliyin təmin olunmasını, şəffaflığın artırılmasını və maraqların toqquşmasının qarşısının alınmasını hədəfləyir.
Açıqlamada vurğulanır ki, 5 Oktyabr münasibətilə müəllimlərə təbrik məqsədilə pul yığılması, hədiyyə və ya qiymətli əşyaların təqdim olunması kimi hallara yol verilməməlidir. Bu cür davranışlar etik normalara zidd sayılır və qəti qadağan edilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.