Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya uğrayıb

Hadisə zamanı xəsarət alan olmayıb

101

Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinə məxsus diplomatik nömrəli avtomobil yol-nəqliyyat hadisəsinə səbəb olub.

Hadisə martın 7-si, təxminən saat 17:00 radələrində Kolumbus ticarət mərkəzindən əsas yola çıxan çıxışın yaxınlığında baş verib.

Səfirliyin açıqlamasında bildirilib ki, digər nəqliyyat vasitəsinin sürücüsü “Yol ver” nişanına tabe olmayaraq əsas yolda hərəkət edən diplomatik avtomobili arxadan vurub.

Zərbə nəticəsində avtomobil “Prajskaya” metro stansiyasının giriş qapısına çırpılıb. Qeyd olunur ki, dönüş nöqtəsi ilə metro stansiyasının çıxışı arasındakı məsafə qısa olduğundan avtomobil qapıya dəymişdir.

Hadisə zamanı heç kim xəsarət almayıb. Avtomobili diplomatın həyat yoldaşı idarə edirdi.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.