Moldova–Rusiya münasibətlərində yeni gərginlik
Prezident Sandu 1998-ci il mədəni əməkdaşlıq sazişini ləğv etdi
Moldova Prezidenti Maya Sandu Kişinyovda fəaliyyət göstərən “Rus Evi” mədəniyyət mərkəzinin bağlanması ilə bağlı fərman imzalayıb. Bununla yanaşı, Moldova ilə Rusiya arasında 1998-ci ildən qüvvədə olan mədəniyyət mərkəzlərinin yaradılması və işi ilə bağlı saziş də rəsmən denonsasiya olunub.
Moldovanın mədəniyyət naziri Kristian Jardan daha əvvəl bildirib ki, Rusiya–Ukrayna müharibəsindən sonra “Rus Evi” ölkədə mədəni layihələrdən çox hibrid təsir aləti kimi istifadə olunmağa başlayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.