Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Ölkəyə gətirilən mobil telefonlarla bağlı yeni maliyyə tələbləri rəsmən təsdiqlənib. Bundan sonra fiziki şəxslər şəxsi istifadə üçün təqvim ili ərzində yalnız bir ədəd mobil cihazı əlavə xərc olmadan gətirə biləcəklər. Limitdən artıq gətirilən hər bir əlavə telefonun qeydiyyatı üçün isə 100 manat dövlət rüsumu tətbiq ediləcək.
Bu dəyişikliklər bu gün Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” qanuna edilən əlavələrdə öz əksini tapıb.
Yeni qaydalara əsasən:
Ölkəyə idxal edilən hər bir mobil cihaz üçün 20 manat aksiz vergisi tutulacaq;
Fiziki şəxslərin şəxsi istifadə üçün gətirdiyi ilk telefon aksizdən azad olunacaq;
Eyni şəxs tərəfindən təqvim ili ərzində gətirilən ikinci və sonrakı cihazların qeydiyyatı 100 manat dövlət rüsumu ilə aparılacaq;
Mobil cihazların qeydiyyat rüsumunun illik məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Yeni tələblər həm dövlət büdcəsinə əlavə vəsait cəlb etməyi, həm də ölkəyə nəzarətsiz telefon axınının qarşısını almağı hədəfləyir.
Əvvəlki yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.