Misirdə ağır hadisə
İmbaba rayonunda binanın uçması nəticəsində azı 8 nəfər həyatını itirib, dağıntılar altında axtarışlar davam edir
Misirin Giza əyalətində yaşayış binasının çökməsi faciə ilə nəticələnib.
İmbaba rayonunda yerləşən çoxmərtəbəli binanın uçması nəticəsində azı səkkiz nəfər həyatını itirib. Hadisədən sonra əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hazırda dağıntılar altında qalanların axtarışı davam etdirilir. Rəsmi qurumlar ölənlərin sayının arta biləcəyini istisna etmir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.