Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MİQ imtahanında kimlər ödəniş verməyəcək?

Şəhid ailələri, müharibə veteranları və bir sıra kateqoriyalar üçün iştirak pulsuz olacaq

8

Müəllimlərin işə qəbulu (MİQ) imtahanı ödənişli olacaq. Lakin qanun layihəsinə əsasən, bəzi şəxslər bu ödənişdən azad ediləcəklər.

Milli Məclisin Elm və təhsil komitəsində müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsinə görə, ilk dəfə imtahanda iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alan ailə üzvləri, şəhid ailəsi üzvləri, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər ödəniş ödəmədən imtahana qatıla biləcəklər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.