Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MİQ-də iştirak edənlər nə qədər ödəniş edəcəklər

Yeni dəyişikliyə əsasən, ödənişlər həm xərcləri qarşılamaq, həm də imtahana əsassız qeydiyyatların qarşısını almaq məqsədi daşıyır

4

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Qanuna əsasən, müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak ödənişli olacaq.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, hər il 45 minədək namizəd müsabiqəyə yazılır, lakin 10-12 min nəfər iştirakdan imtina edir. Bu isə əlavə xərclərə səbəb olur.

“İmtahanın keçirilməsi üçün hər il 1 milyondan çox vəsait sərf olunur. Yeni dəyişikliklə, imtahanın qiyməti 50-60 manat arasında müəyyən edilə bilər. Bu, həm xərcləri qarşılamaq, həm də artıq qeydiyyatların qarşısını almaq məqsədi daşıyır”, – deyə A. Vəliyev qeyd edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.