Minifutbol üzrə Avropa çempionatında Azərbaycan millisinin rəqibləri açıqlandı
F qrupunda Fransa, İtaliya və Avstriya komandaları ilə qarşılaşacaq yığma mayın 27-dən iyunun 4-dək Bratislavada mübarizə aparacaq
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutub və Azərbaycan millisi üçün rəqiblər müəyyənləşib.
Yığmamız F qrupunda Fransa, İtaliya və Avstriya komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 27 may – 4 iyun tarixlərində Bratislavada keçiriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.