Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingçevir Dövlət Universiteti “Gələcək üçün bacarıqlar” layihəsinə qoşulub

380

2022-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən təşkil olunan “Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə” adlı hesabat tədbirində Mingəçevir Dövlət Universitetini (MDU) rektor Şahin Bayramov təmsil edib.

Təhsil naziri Emin Əmrullayev, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və respublikanın 13 ali təhsil müəssisəsinin rəhbər heyət üzvlərinin iştirak etdiyi tədbirdə  “Gələcək üçün bacarıqlar” layihəsinə yeni qoşulan universitetlərlə, o cümlədən MDU ilə Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə layihə çərçivəsində həyata keçirilmiş və yeni başlayacaq işlər barədə məlumat verilib, innovasiya ekosisteminin davamlılığının təşkili prosesində təhsil müəssisələrinin rolu, biznes nümayəndələrinin bu fəaliyyətdə aktiv iştirakı, mentorluq fəaliyyətinin önəmi və digər məsələlərə toxunulub.

Qeyd edək ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.

Layihəyə ilkin mərhələdə 4 universitet  – Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universiteti, mentor kimi isə 48 müəllim qoşulub. “Gələcək üçün bacarıqlar” layihəsinə bu gündən daha 9 ali təhsil müəsisəsi qoşulub. Bunlar Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetidir.

 

Şərhlər bağlıdır.