APA TV-nin yerli bürosunun xəbərinə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan qazi Naftalan, Mingəçevir və Bakı şəhərində üç dəfə cərrahi əməliyyat olunub. Hələ də bədənində qəlpə gəzdirən əsgər martın 17-də Asan Xidmət Mərkəzində Mingəçevir Dövlət Universitetinin xarici dil müəllimliyi fakültəsində birgə təhsil aldığı Nigar Məhərrəmova ilə ailə həyatı qurub.
Qeyd edək ki, nigah mərasiminə məzunu olduqları universitetin bir qrup fəalı da qatılıb.
Şərhlər bağlıdır.