Mingəçevir şəhəri bu gün qeyri-adi coşquya şahidlik edib. APA TV-nin yerli bürosunun məlumatına görə, şəhər küçələrində bu böyüklükdə maşın kortejinə sakinlər sonuncu dəfə zəfər bayramını paylaşarkən rast gəlib. Bu sevinc ,fərəh təsadüfi deyildi. Vətən müharibəsində şəhid olan Mingəçevir sakini Məmmədli Məhəmməd Murad oğlunun qızı dünyaya gəlib.
Həm xəstəxananın şəxsi heyəti, həm də çoxsaylı qonaqlar gün ərzində sevinc dolu anlar yaşayıb.
Şərhlər bağlıdır.