Mingəçevirin “Miçurini”
64 yaşlı mingəçevirli Vəli Qaçayev illərdir ki, sürücülük peşəsi ilə məşğul olsa da bitki və ağacların mahir bilicisi kimi tanınır. O, son 15 il ərzində bu bölgə üçün xarakterik olmayan ağac və bitkilər yetişdirilməsi ilə məşğuldur. Həvəskar bağban kimi o çoxlarının bacarmadığı bir ilkə imza atıb. 12 sotluq həyətyanı sahəsində əsasən cənub bölgələri üçün xarakterik olan apelsin, mandarin, feyxua, limon və digər bitkiləri yetişdirib, artırmağa nail olub.
Vəli Qaçayevin sözlərinə görə, şəhərin iqlimi, torpağı və başqa özəllikləri qeyd olunan ağac və bitkilərin yetişməsi üçn əlverişli hesab olmasa da, o bir sıra qulluq amillərini tətbiq etməklə mümkün olmayanı bacarıb. Üstəlik onun bağındakı sitrus meyvələri daha tez bar verir və ölçüsü də cənub meyvələrindən böyük olur.
V.Qaçayev ömrünün çoxunu sükan arxasında keçirib. O, şəhər icra hakimiyyəti başçısının müavinlərindən birinin sürücüsü vəzifəsində çalışır. İş saatı başa çatdıqdan dərhal sonra o, çox sevdiyi bağına gəlir və gecə saatlarına kimi ağac və bitkilərə qulluq edir.
Şərhlər bağlıdır.