Mingəçevirdə yol qəzasında ağır xəsarət alan şəxs 19 gün sonra xəstəxanada ölüb APA-nın yerli bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü Mingəçevir şəhər sakini İdrisov Ülvi Kamran oğlu yanvar ayının 12-də yol qəzasında ağır xəsarət alaraq şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ülvi İdrisov gecə saatlarında xəstəxanada keçinib.
Şərhlər bağlıdır.