Mingəçevirdə soyqırım qurbanları yad edilib
31 Mart – Azərbaycanlıların soyqırımı günü münasibəti ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti YAP Mingəçevir şəhər təşkilatı ilə birgə tədbir keçirib. Şəhər rəhbərliyinin, hüquq-mühafizə orqanlarının və ictimayyətin nümayəndələri əvvəlcə soyqırım qurbanlarının abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Mərkəzində düzənlənən tədbirdə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edib. O, bildirib ki, 31 mart bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən kədər və hüznlə soyqırım qurbanlarının anım günü kimi qeyd edilir: “Xain və satqın ermənilər tarixlər boyu, zaman-zaman xalqımıza qarşı soyqırım və deportasiya siyasəti yeridib. Soydaşlarımızın mərdliyinə və mübarizliyinə baxmayaraq, mənfur erməni siyasət nəticəsində Azərbaycan torpaqları hissə-hissə itirilib, yüz minlərlə soydaşımız qətlə yetirilib”.
Soyqırım haqqında şəhər ictimayyəti nümayəndələrinin də çıxışları dinlənilib. 17 saylı tam orta məktəbin tarix müəllimi Ceyhun Atayev “1918 –ci ilin mart qırğınları ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım cinayətlərinin tərkib hissəsidir”, MDU-nun kafedra müdiri Mayıl İsmayılov “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarımızdan departasiyası erməni xislətinin növbəti mərhələsidir”, MDU-nun tarix müəllimi Tahirə Quliyeva “Dağlıq Qarabağ hadisələri ermənilərin azərbaycanlılara qarşı tarixən yürütdükləri soyqırım siyasəninin davamıdır”, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin başladığı mənfur ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti həqiqətlərinin dünya ictimayyətinə çatdırılmasının aktiv davamçısıdır” mövzularında çıxış ediblər.
Şərhlər bağlıdır.