Mingəçevirdə siqaret üstündə başlayan mübahisə ölümlə nəticələnib
APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Aydın Məmmədov küçəsi 11 ünvanda üç nəfər arasında dava düşüb. Nəticədə 1960-cı il təvəllüdlü Rizvan Məmmədov və onun dayısı, 1955-ci il təvəllüdlü Eldar Abbasov döyülüb. Ağır xəsarətlər alan hər iki şəxs xəstəxanaya çatdırılsa da, onlardan Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən xəstəxanada ölüb.
Bildirilib ki, naməlum şəxs küçədə dayı və bacıoğluna yaxınlaşaraq, onlardan siqaret istəyib. Onlar həmin şəxsə 1 ədəd siqaret veriblər. Lakin o, bütöv qutunu tələb edib. Nəticədə onların arasında mübahisə düşüb.
Hadisəni törədən Şəki rayon sakini Rəşad Salamov saxlanılıb. İlkin versiyaya görə, onun psixoloji problemləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.