Mingəçevirdə külək fəsad yaratdı, bir evin fasadını qopartdı
Aprelin 5-də axşamdan əsən güclü külək Mingəçevirdə də bir sıra fəsadlar törədib. Küləyin təsirindən şəhərin M.F. Axundov küçəsindəki 15/16 saylı ünvanda yerləşən hündür mərtəbəli evin bəzək konstruksiyası qopub və binanın eyvan hissəsinə düşüb, nohur borulara ciddi ziyan dəyib. Xöşbəxtlikdən xəsarət alan olmayıb. Hazırda binanın ətrafı lentlə bağlanıb. Aidiyyatı qurumların nümayəndələri hadisə yerinə gəliblər.
Külək şəhərin N.Nərimanov küçəsində də iri gövdəli ağacları aşırıb, H.Əliyev prospektində isə yeni əkilmiş cavan ağacları kökündən qoparıb.
Ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Şərhlər bağlıdır.