Mingəçevirdə doğum şöbəsinə gətirilən Ağdaş sakini qəzaya düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsində özəl klinikalardan birinin yaxınlığında baş verib.
“VAZ 2106” markalı avtomobil arxadan özəl klinikanın baş həkiminə məxsus “Hyundai” markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində “VAZ 2106”la doğum şöbəsinə gedən 1988-ci il təvəllüdlü hamilə qadın, Ağdaş rayon sakini Əliyeva Həbibə Məsim qızı xəsarət alıb. İlkin tibbi yardım göstərilən qadın oradan birbaşa təcili doğum şöbəsinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.