Mingəçevirdə Günəşli masssivində güclü PARTLAYIŞ
Mingəçevir şəhər Günəşli masssivində yerləşən evlərin birində güclü partlayış baş verib.
“Unikal”ın əldə etdiyi məlumatına görə, partlayış nəticəsində ev həmin tamamilə yararsız hala düşüb. Ümumilikdə isə 11 evə və həmin ərazidə dayanan “VAZ-2107” markalı avtomobilə zərər dəyib.
Hadisə nəticəsində partlayış baş verən evdə 2 nəfər – 1992-ci il təvəllüdlü İlkin Məmmədov və 1966-cı il təvəllüdlü Sevinc Qənbərova, eyni zamanda qonşu binada yaşayan 1997-ci il təvəllüdlü Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.