Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə güclü külək nəticəsində elektrik enerjisinin ötürülməsində fasilə yaranıb

Güclü külək Mingəçevirdə fəsadlara yol açıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, mayın 9-da axşam saatlarında güclənən külək Dilarə Əliyeva, Üzeyir Hacıbəyov küçələri, Sağ sahil yaşayış massivi və digər ərazilərdə tam və ya qismən iri ağacları yola aşırıb.

Bəzi istiqamətlərdə enerji xətləri zədələnib. Bu səbəbdən Günəşli yaşayış massivi, Sağ sahil yaşayış ərazisi və mərkəzi bazar yaxınlığındakı ərazilərdə elektrik enerjisinin ötürülməsində fasilə yaranıb.

Fəsadların aradan qaldırılması üçün təsərrüfat idarələri hazırda şəhər ərazisində bərpa işlərini icra edirlər.

Şərhlər bağlıdır.