Mingəçevirdə daha bir uşaq doğuş zamanı xəsarət aldı
Mingəçevir şəhər xəstəxanasında dünyaya körpəsini gətirən Günay İlham qızı problemlərlə üzləşib. Xəyal Saadovun dediyinə görə, onun həyat yoldaşı noyabrın 1-də xəstəxanaya gətirilib: “Həkimi Gülnarə Quliyeva bizdən 100 manat istədi. 50 manat gücümüz çatdığını dedik. Qane olmadı, üstünə də 20 manat qoyub, 70 manat verdik”.
A.Saadov bildirdi ki, elə həngamə də bundan sonra başlayıb: “Uşaq doğularkən körpücük sümüyünün qırığı ilə xəsarət alıb. Hazırda körpənin gözündə, üzündə narahatçılıq var, vəziyyəti ağırdır. Uşaq dayanmadan ağlayır. Eşitiyimizə görə, bu həkimin əlində bundan əvvəl də doğuş zamanı xəsarət alan uşaq olub. Həkimi axtarırıq, tapmırıq. Bizə deyirlər ki, məzuniyyətə çıxıb”.
Məsələ ilə bağlı Mingəçevir şəhər Xəstəxanasının baş kəkimi Eldar Kərimovla əlaqə saxladıq. O, məsləhət bildi ki, qoy xəstə sahibi prokurorluğa müraciət etsin.
Şərhlər bağlıdır.