Hadisə

Mingəçevirdə avtomobil ana və iki övladını vurub

Ətrafdakıların köməkliyi ilə 1987-ci il təvəllüdlü Abdullayeva Samirə Elman qızı, onun övladları – 2010-cu il təvəllüdlü Abdullayev Əli Elşən oğlu və 2006-cı il təvəllüdlü Abdullayeva Arzu Elşən qızı xəstəxanaya yerləşdirilib

Mingəçevirdə avtomobil Bakı sakini olan ana və iki övladını vurub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında M.Maqomayev küçəsində baş verib.

Anidən önünə çıxan avtomobillə toqquşmadan yayınmaq istəyən minik maşını Bakı sakini olan ana və iki azyaşlı övladını vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ətrafdakıların köməkliyi ilə 1987-ci il təvəllüdlü Abdullayeva Samirə Elman qızı, onun övladları – 2010-cu il təvəllüdlü Abdullayev Əli Elşən oğlu və 2006-cı il təvəllüdlü Abdullayeva Arzu Elşən qızı xəstəxanaya yerləşdirilib.

Əli Abdullayevin vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Daha çox

Oxşar yazılar

Close