Cəmiyyət
Mingəçevirdə “Aşura günü”ndə qanvermə aksiyası keçirilib
Mərkəzi Qan Bankının Mingəçevir bölməsindən verilən məlumata görə, saat 12-yədək 167 nəfər qan verib

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura günü” könüllü qanvermə aksiyaları Mingəçevirdəki Heydər Əliyev məscidində də keçirilib. Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin müdiri Vüsalə Səfərəliyevanın verdiyi məlumata görə, səhər saatlarından başlayan qanvermə aksiyası davam edir: “Saat 12-yə olan məlumata əsasən 167 nəfər qan verib. Bu aksiya axşam saat 6-ya qədər davam edəcək”.