Aprel döyüşlərindəki qələbədən 3 il keçdi. Bu şanlı qələbənin əldə edilməsində ən uca zirvəyə-şəhid adına yüksələnlər xalqımızın and yerinə çevriliblər. Onların xatirədi dövlətimiz tərəfindən əbədiləşdirilir, ailələri bir an da olsun diqqət və qayğıdan kənarda qalmır.
Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimaiyyətinin nümayəndələri aprel şəhidi Qasımov Teymur Sabir oğlunun növbəti ildönümü mərasimində iştirak ediblər. Şəhidin atası Sabir Qasımov şəhidlərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
İl mərasimində şəhidin ruhuna dualar oxunub, ailəsinə Allahdan səbr dilənib. Mərasimə şəhidin döyüş yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti Mingəçevir şöbəsinin əməkdaşları və media nümayəndələri də qatılıblar.
Şərhlər bağlıdır.