Mingəçevirdə Qarabağ kanalının sahilində kişi meyiti tapılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, meyiti tapılan şəxsin 1982-ci il təvəllüdlü şəhər sakini Məmmədov Elman Elbrus oğlu olduğu müəyyən edilib. Aparılan ilkin araşdırma və məhkəmə tibbi ekspertizası nəticəsində məlum olub ki, Elman Məmmədov narkotik vasitənin artıq dozada qəbulundan ölüb.
Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.
Şərhlər bağlıdır.