Mingəçevir sakini məhkəmə binasında keçmiş arvadını alimentə görə öldürdü
Mingəçevir şəhərində kişi arvadını bıçaqlayaraq qətlə yetirib. Hadisə Mingəçevir Şəhər Məhkəməsinin içərisində, məhkəmə zalında olub. Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək, üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyyəsndən bıçaq xəsarətləri yetirib.
Məlumata görə, ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb, əsəbləşən keçmiş ər arvadını amanzıqlıqla qətlə yetirib. Yaralı ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şərhlər bağlıdır.