Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirə sərnişin qatarı gələcək

“Bakı-Mingəçevir sərnişin qatarının fəaliyyəti bərpa ediləcək. Bu qatarın hərəkətə gətiilməsi üçün Gəncə Vaqon Istehsalı Zavodunun vaqonlarından istifadə olunacaq”.
Bu sözləri Mingəçevir Dəmiryol Stansiyasının rəis müavini Sabir Cavadov bizimlə müsahibəsində bildirib. O deyib ki, 2002-2010–cu illər ərzində fəaliiyət göstərən Bakı-Mingəçevir sərnişin qatarının fəaliyyətinin yenidən bərpa olunması planlaşdırılır. Rəis müavini məlumat verib ki, bu qatarın hərəkətinin dayandırılması Bakı-Tbilisi magistral dəmiryolunda tikinti işlərinin aparılması ilə əlaqədar olub: “İndi isə yenidən işə düşəcək bu xətt üzrə Gəncə Vaqon Istehsalı Zavodunda ilk ərsəyə gətirilən vaqonlardan istifadə ediləcək”.
Bu gün Mingəçevir respublikamızın böyük şəhərlərindən biridir, əhalisinin sayı məcburi köçkünlərlə birgə 120 mini ötüb. Yerli camaatın fikrincə, sərnişin qatarının olması Bakı və ətraf rayonlarla gediş-gəlişi asanlaşdıracaq. Şəhər sakini Bəhlul Əliyev deyir ki, son 4 ildə qatarla Bakıya səfər üçün Yevlax stansiyasına getmiəyə məcbur olurdular.
Yeri gəlmişkən, bu yaxınlarda Nəqliyyat naziri Ziya Məmmədovun Mingəçevirdə vətəndaşları qəbulu zamanı qatar problem sakinlər tərəfindən qaldırılıb. Nazir qatarın yaxın günlərdə xəttə buraxılacağını deyib. Amma onu da vurğulayıb ki, sərnişin sıxlığı nazirliyi qane etməsə, reys yenidən dayandırılacaq.
Mingəçevir şəhər Dəmiryol Stansiyası1962-ci ildə istifadəyə verilib. Stansiyada əsasən yüklərin daşınması həyata keçirilib və bu, indi də davam edir. Burada hazırda sərnişinlərin gediş-gəlişi olmasa da, respublikanın ayrı-ayrı yerlərinə və MDB dövlətlərinə gedən sərnişin qatarlarına biletlərin satışı da həyata keçirilir.

Şərhlər bağlıdır.