Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhərində ağır yol qəzası baş verib

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Naxçıvan küçəsində qeydə alınıb. Energetik yaşayış massivindən şəhər mərkəzi istiqamətində hərəkət edən “Opel” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb və aşaraq yaxınlıqdakı yaşayış evinin divarına dəyib. Qəza zamanı sürücü və iki sərnişin xəsarət alıb. Hər üç yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.