Cəmiyyət

“Mingəçevir işıqları” Avropa İttifaqının müsabiqəsində beş qalibdən biri oldu

Avropa İttifaqı jurnalistlər üçün müsabiqənin qaliblərini elan etdi

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-Azərbaycan əməkdaşlığı mövzusunda Azərbaycanın çap, TV/radio və onlayn mediası üçün keçirilən müsabiqənin qaliblərini elan edib.

Azərbaycanın media mütəxəssislərindən ibarət münsiflər heyətinin qərarına əsasən 3 kateqoriya üzrə 5 qalib seçilmişdir.

  • Çap və ya onlayn mediada ən yaxşı yazı:

Elena Kosolapova və Kelli Çaib De Mares (Azeri Observer Magazine)

Fərman Nəbiyev (mi-news.az)

Aydın Səlimli (qaynarinfo.az)

  • Radioda ən yaxşı reportaj:

Türbət Bağırova (“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC)

  • Ən yaxşı onlayn və ya çap bloqu, çap və ya onlayn mediada ən yaxşı rəy və ya köşə yazısı:

İsmayıl Fətəliyev (mediaman.az)

Hər bir kateqoriya üzrə qalib şəxslər 500 AZN dəyərində hədiyyə kartı mükafat alacaq.

Müsabiqəyə təqdim edilmiş işlər bir neçə meyar əsasında qiymətləndirilmişdir: uyğunluq, işıqlandırmanın dərinliyi, diqqət mərkəzi, ədalətlilik və balans, yaradıcılıq, üslub və təsir.

Müsabiqənin əsas məqsədi Aİ-nin həyata keçirdiyi fəaliyyət və onların Azərbaycan əhalisinin gündəlik həyatına təsiri barədə ictimai məlumatlandırmanı artırmaq idi.

Qeyd edək ki, müsabiqə 18 fevral 2021-ci ildə elan olunmuşdur. İşlərin hər biri Azərbaycan, ingilis və ya rus dillərində yazılmalı və dərc edilməli/yayımlanmalı/yüklənməli idi. Müsabiqədə Azərbaycan vətəndaşları və ya Azərbaycanda akkreditə olunmuş beynəlxalq media nümayəndələri iştirak edə bilərdilər.

Daha çox

Oxşar yazılar

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker