Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir gəncləri “Müsyö Jordan və Dərviş Məstəli şah”ı səhnəyə gətirdilər

2 fevral Gənclər günü ərəfəsində Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının istedadlı gəncləri Mirzə Fətəli Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur” əsərini səhnələşdiriblər. Onlar müasir formada və yeni variantda hazırladıqları tamaşanı 1 fevral 2022-ci ildə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində tamaşaçılarına təqdim ediblər. Rəsmi şəxslərin, qazi, döyüşçü və könüllülərin həvəslə izlədikləri tamaşa Mingəçevir Gənclər və İdman İdarəsinin dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Mingəçevir nümayəndəliyinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Şərhlər bağlıdır.