AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetinin tələbə və əməkdaşları “Yubiley döş nişanı” ilə təltif edilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) 100 illiyi ilə əlaqədar Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) fəal üzvü olan dörd əməkdaşı – Ariz Abbasov, Nazim Niftəliyev, Mayıl İsmayılov, Arif Tağıyev və bir tələbəsi Aidə Heydərova həmkarlar ittifaqı hərəkatındakı xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif edilib.

2021-ci il avqustun 16-da MDU-nun rektoru Şahin Bayramov mükafatçılarla görüş keçirib. Universitetin tələbə və əməkdaşlarının ATİAHİ-nin yubiley mükafatına layiq görülməsini yüksək qiymətləndirən Ş.Bayramov görüş iştirakçılarını təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Sonra rektor tərəfindən HİK fəallarına “Yubiley döş nişanı” təqdim edilib.

Mükafatçılar göstərilən etimad və diqqətə görə öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, əlverişli ali təhsil mühitinin təmin edilməsini diqqət mərkəzində saxlayan MDU-da tələbə və əməkdaşların həmkarlar təşkilatının fəaliyyətində aktiv iştirakının təşviq edilməsinə xüsusi önəm verilir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close