Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi, MDU-nun Tələbə Gənclər Təşkilatının sədr əvəzi Elmira Hüseynlinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə MDU tələbələri adından yazdığı məktub Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində dərc edilib
https://president.az/articles/37180
26 aprel 2020, 21:35
Elmira Hüseynlidən, Mingəçevir, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mingəçevir Dövlət Universitetinin tələbə-gəncləri adından Sizə müraciət etməyi özümə borc bildim. Bu məktubda yazdıqlarım tələbə dostlarımın səmimi fikirləridir.
Bütün dünyanı bürümüş koronavirusla mübarizə sahəsində atdığınız qətiyyətli addımlar Azərbaycan vətəndaşlarına verdiyiniz önəmi bir daha sübut etdi. Sizin sayənizdə doğma Azərbaycanımız bu sahədə də dünyada nümunə olmağı bacardı. Biz tələbələr karantin rejiminin tələblərinə riayət edərək evdə qalsaq da, distant təhsil almağa, müəllimlərimizdən öyrənməyə, dövlətimizə, xalqımıza və Prezidentimizə layiq mütəxəssis kimi yetişməyə çalışırıq. Çıxışlarınızda birliyə və həmrəyliyə çağırış etməyiniz biz tələbələri çox sevindirir. Hər birimiz inanırıq ki, Sizin sayənizdə tezliklə bu çətin günlər bitəcək. Biz Sizinlə və Mehriban xanımla qürur duyuruq.
Şanslıyıq kimi, Sizin kimi müdrik Prezidentimiz var. Xoşbəxtik ki, Sizin kimi Liderimiz var. Biz tələbə-gənclərin işıqlı gələcəyinin təmin olunmasına xidmət edən şərəfli və məsuliyyətli fəaliyyətinizdə daim Sizinləyik.
Hörmətlə,
Hüseynli Elmira Yaşar qızı, tələbə.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.
Şərhlər bağlıdır.