AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

2021-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər.

Qəhrəman şəhidlərimizlə qürur duyduqlarını bildirən MDU əməkdaşları layiqli və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramlarını bildirib, onları qarşıdan gələn Ramazan Bayramı münasibətilə təbrik ediblər.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close