AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetinin əməkdaşı Gəncədə terror qurbanlarının anım mərasiminə qatılıb

2021-ci ilin 10 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) gənc müəllimi, Vətən müharibəsi iştirakçısı Qaragöz Kərimov Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının fəallarından ibarət heyətin tərkibində 11 oktyabr Gəncə terrorunun ildönümü ilə əlaqədar ölkəmizin ikinci ən böyük qədim şəhərinə səfər edib.

Səfər çərçivəsində Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket zərbələrinə məruz qalması nəticəsində dağılmış ərazilər ziyarət edilib, terror qurbanları böyük ehtiramla anılıb və onların xatirə güşəsi önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan hərbçiləri öz çirkin əməllərinə əl ataraq döyüş əməliyyatlarının getdiyi yerdən uzaqda yerləşən Gəncə şəhərində insanların sıx yaşadığı əraziləri raket atəşinə tutub və nəticədə 26 mülki şəxs həlak olub, 175 nəfər isə xəsarət alıb.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close