AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetinin aliminin məqaləsi “Ədəbiyyat” qəzetində dərc olunub

“Ədəbiyyat” qəzetinin 30 yanvar 2021-ci il tarixli 4-cü (5290) nömrəsində Mingəçevir Dövlət Universitetinin (MDU) dosenti Namaz Manafovun məqaləsi dərc olunub.

“Sadıq bəy Ağabəyzadə” başlıqlı məqalə general-mayor, Şərqşünas alim, Azərbaycan Demokratik Respublikasının Daxili işlər nazirinin müavini Sadıq bəy Ağabəyzadəyə həsr olunub. Müəllif məqalədə generalın həyatının maraqlı məqamlarına toxunub və həmin dövrdə baş verən hadisələri xarakterizə edib.

Qeyd edək ki, MDU əməkdaşlarının elmi və publisistik fəaliyyəti daim diqqət mərkəzində saxlanılır.

Daha çox

Oxşar yazılar

Close