2020-ci ilin 22 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilində görüləcək işlərə həsr olunan tədbir keçirilib.
“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlaması münasibəti ilə professor-müəllim və inzibati-texniki heyət üzvlərini təbrik edib.
Rektor yeni tədris ilində reallaşdırılması nəzərdə tutulan işlər, kafedra və dekanlıqlar tərəfindən həyata keçiriləcək tədbirlər, məsafədən dərslərin məzmununun təkmilləşdirilməsi, elektron tədris resurslarının artırılması zəruriliyi barədə ətraflı məlumat verib və müvafiq tövsiyələrini çatdırıb. “Microsoft Teams” platformasının imkanları barədə danışan rektor universitetdə tədris prosesinin daha səmərəli monitorinqinin təşkili istiqamətində müvafiq hazırlıqların görüldüyünü diqqətə çatdırıb.
Tədbrdə “videodərslər”in çəkilişinin davam etdirilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, yeni əmkdaşlıqların qurulması, təcrübənin təşkili, tələbələrin karyera imkanlarının artırılması, magistr dissertasiyaları üçün daha aktual mövzuların seçilməsi, və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə MDU-nun rəhbər heyətində baş verən vəzifə dəyişiklikləri barədə də məlumat verilib. Belə ki, universitetin tədris işləri üzrə prorektoru Akif Hacıyevin və baş mühasib Vəfa Əhmədovanın əmək müqavilələrinə xitam verilməsi, eləcə də Hamiz Mahmudovun rektorun müşaviri, Şahin Muradovun isə baş mühasib təyin olunması diqqətə çatdırılıb.
Şərhlər bağlıdır.