Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlaması münasibətilə qrup nümayəndələri və fəal tələbələrlə “Microsoft Teams” platforması üzərindən onlayn formatda görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd mövcud şəraitdə məsafədən təhsil zamanı MDU tələbələrinin “Microsoft Teams” platformasından istifadə bacarıqlarını daha da gücləndirməkdən və təhsialanların yeni tədris ilinə hazırlığını tam təmin etməkdən ibarət olub.
MDU-nun məsul əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə Nazirlər Kabinetinin Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlm-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” Qərarı və Təhsil Nazirliyinin Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsil müəssisələrində tədris prosesinin təşkilinə dair təlimatı barədə ətraflı məlumat verilib.
Tədbirdə tələbələrin yeni tədris ilinə dair çoxsaylı sualları cavablandırılıb.
Şərhlər bağlıdır.