Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda tədbir keçirilib

24 dekabr 2019-cu il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda tədbir keçirilib. MDU-nun Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir Peşə Məktəbi ilə birgə təşkil etdiyi tədbirdə universitetin və peşə məktəbinin professor-müəllim və tələbə kollektivi iştirak edib.

         

İştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov tədbirin keçirilməsində əsas məqsədin tələbə-gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından, onlarda dövlətimizə və milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanmasından ibarət olduğunu bildirib. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq idealogiyasının inkişafı sahəsində misilsiz xidmətlər göstərdiyini xatırladan Ş.Bayramov hazırda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrətinin davamlı artdığını və ordumuzun gücləndiyini vurğulayıb. 2016-cı ilin aprel döyüşləri şəhidlərinin valideynlərinin, aprel döyüşləri şəhidinin övladının və həmin döyüşlərin iştirakçılarının tədbirə qatılmasının önəmini xüsusi vurğulayan Ş.Bayramov vətənimizin bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin daim hörmət və ehtiramla anıldığını bildirib. Azərbaycan xalqının daim öz qəhrəmanları və qəhrəmanlıq səlnaməsi ilə seçildiyini bildirən Ş.Bayramov şəhidlərimizin keçdiyi şərəfli yolu öyrənməyin və təbliğ etməyin vacibliyini diqqətə çatdırıb.

   

Tədbirdə çıxış edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli vətənpərvərilk mövzusunda keçirilən tədbirlərin əhəmiyyətindən və gənclərimizin hərtərəfli inkişafında mühüm rol oynamasından danışıb. K.Nəcəfli vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi istiqamətləri barədə tələbə-gənclərə öz tövsiyyələrini bildirib.

   

Mingəçevir Peşə Məktəbinin direktoru İlham İlyasov gənclərin milli atributlarımıza hörmətlə yanaşmasının və xalqımızın şərəfli tarixini dərindən öyrənməsinin vacibliyini qeyd edib. İ.İlyasov təhsil aldığı ixtisasdan və fəaliyyət göstərəcəyi sahədən asılı olmayaraq tələbələrimizin xalqa və dövlətə sədaqət ruhunda tərbiyə olunmasının önəminə diqqət çəkib.

   

Çıxış edənlər aprel döyüşlərində şəhid olan Mingəçevirli qəhrəmanlar Adilzadə Adil Kamran oğlu, Qasımov Teymur Sabir oğlu və Əhmədov Rüstəm Oruc oğlunun valideynlərinə müraciət edərək hər bir gəncin onların düşmənlə mübarizədə şücaət göstərmiş vətənpərvər övladları ilə qürur duyduğunu bildiriblər.

   

Aprel döyüşlərinin iştirakçısı Rəcəb İbrahimov və düşmənlə üz-üzə döyüşlərdə fədakarlıq göstərmiş Şahmar Həsənlinin səhnəyə çıxması tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Onların döyüş xatirələri və şəhid olmuş əsgər yoldaşlarının qəhrəmanlıqları haqqında danışdıqları tələbələrdə Azərbaycan ordusunun rəşadəti və gücü barədə aydın təsəvvür yaradıb.

 

MDU tələbələrinin ifasında təqdim olunan ədəbi-bədii kompozisiya və nümayiş etdirilən videoçarx müasir Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunu bir daha göstərib.                                                              

Aprel döyüşlərində şəhid olan Rahim Qara oğlu Tağıyevin oğlu Nicat Tağıyevin hərbi geyimdə səhnəyə çıxması və Azərbaycan bayrağını qürurla dalğalandırması bütün tədbir iştirakçılarına fəxarət hissi yaşadıb və hər kəsi təsirləndirib.

????????????????????????????????????
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close