Mingəçevir Dövlət Universitetində UNEC ilə əməkdaşlıq çərçivəsində “Şəbəkədə təhlükəsizlik tədbirləri” mövzusunda təlim keçirilib
2021-ci ilin 2 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq çərçivəsində MDU-nun tələbə və magistrantları üçün “Şəbəkədə təhlükəsizlik tədbirləri” mövzusunda təlim keçirilib.
Təlimçi, UNEC-in Elektron idarəetmə mərkəzinin əməkdaşı Həsən İsmayılov Şəbəkə təhlükəsizliyinin önəmindən bəhs edib. Texnologiyaların sürətlə inkişaf etdiyi hazırki dövrdə “viruslar”, “spamlar”, “cyber” hücumların sürətlə artdığını vurğulayan təlimçi “Antivirus” və “Gateway” texnologiyasının böyük şəbəkələr üçün vacibliyindən danışıb.
Təlimdə böyük şəbəkələrdə xaricdən gələn hücumları əngəlləyə bilmək üçün “Hücum Bəlirləmə və Əngəlləmə Sistemləri”, “UTM və Firewall” cihazları, server və işçi kompüterlərə hücum, müdaxilə və ya məlumat oğurlanmasının təsbit edilməsi və aradan qaldırılması məsələləri barədə ətraflı məlumat verilib.
Sonra, məruzəçi təlim iştirakçılarının mövzu barədə çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, sürətlə modernləşən MDU-da tələbə və müəllim kollektivinin bilik və bacarıqlarının artırılması məqsədilə ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən olan UNEC ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilir.
Şərhlər bağlıdır.