AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın materialları dərc olunub

2021-ci ilin 4 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Vətən Müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda keçirilən elmi-nəzəri konfransın materialları kitab şəklində dərc olunub.

Ölkəmizin ali təhsil və elmi ictimaiyyətinin böyük marağına səbəb olan konfransa respublikamızın 10 ali təhsil müəssisəsini, AMEA-nın 4 sahə elmi-tədqiqat institutunu təmsil edən 107 nəfər müəllifdən Ümummilli Liderimizin zəngin və çoxşaxəli fəaliyyətinin müxtəlif aspektlərinə həsr olunmuş 102 məqalə və tezis təqdim olunub.

Onlayn formatda baş tutan konfransın plenar iclasında Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Şahin Seyidzadə, MDU-nun rektoru Şahin Bayramov, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov məruzələrlə çıxış etmişlər.

Qeyd edək ki, MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan elmi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsi universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir.

Konfransın materialları ilə aşağıdakı internet linki vasitəsilə tanış olmaq olar:

Konfrans materialları

Daha çox

Oxşar yazılar

Close