Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində tələbələr üçün karyera təlimləri keçirilib

189

2021-ci ilin 14-15 dekabr tarixlərində Mingəçevir Dövlət  Universitetində (MDU) tələbə və magistrantlar üçün karyera təlimləri təşkil edilib.

Təlimlər təhsil və icma quruculuğu sahəsində ixtisaslaşan Resource HUB tərəfindən həyata keçirilən Almaniyanın MOCI-Qafqaz platforması çərçivəsində Təlimçilər üçün təlim proqramından uğurla keçən MDU-nun müəllimləri Şəlalə Quliyeva və Lalə Rüstəmova tərəfindən baş tutub.

MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Ş.Quliyeva tərəfindən “Peşəkar CV hazırlamağın qaydaları” və “Müsahibəyə hazırlıq” mövzularında keçirilən təlimlər zamanı CV-nin düzgün hazırlanması qaydaları, məzmunu, formatı və növləri, işəgötürənin CV-də görmək istədikləri, müsahibə və ona hazırlıq prosesi, müsahibədə uğur qazanmağın başlıca meyarları və digər məsələlər barədə ətraflı məlumat verilib. Təlimin sonunda iştirakçılara öyrəndiklərini tətbiq etmək məqsədilə müvafiq praktiki tapşırıqlar verilib və onlar üçün müsahibə silmulyasiyası təşkil edilib.

MDU-nun Xarici dillər kafedrasının müəllimi L.Rüstəmova tərəfindən “İngilis dilinin tədrisində interaktiv metodlar” və “Xaricdə təhsil proqramları” mövzusunda keçirilən təlimlərdə karyera inkişafında xarici dil bilməyin faydaları, ingilis dilini öyrənməyin effektiv və interaktiv metodları, yazma, dinləmə, danışma və oxuma bacarıqlarının inkişaf etdirilməsi üsulları, xaricdə təqaüdlü təhsil proqramları və digər məsələlərdən bəhs edilib, tələbələr mövzu ilə bağlı müvafiq praktiki çalışmalar yerinə yetiriblər.

İki gün müddətində davam edən təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının, eləcə də karyera inkişafı ilə bağlı təcrübələrinin artırılmasına hədəflənən müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir.

Şərhlər bağlıdır.