AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib

2021-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim heyəti üçün “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib.

“Zoom” platforması üzərindən online formatda təşkil olunan təlimi açan MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev, ilk növbədə, universitetin rektoru Şahin Bayramovun təlim iştirakçılarına salamlarını çatdırıb, mövzunun aktuallığından və akademik heyət üzvləri üçün əhəmiyyətindən danışıb.

Təlimçi, “Təhsildə İnnovativ Texnolgiyalar” Əlavə Təhsil Mərkəzinin icraçı direktoru, dosent İsa Qasımov çıxışında bilik əsaslı yanaşmanın biznes təşəbbüskarlığı prosesində rolu, dəyişən sosial-iqtisadi ehtiyaclar, insan kapitalı və onun inkişafı, müxtəlif iqtisadi dövrlərdə bazar davranışları, ehtiyaclar və fürsətlər, təhsil, tədqiqat və innovativ sahibkarlığın əlaqəsi, elmin kommersiyalaşdırlması və texnologiyanın transferi prosesində potensial risklər, “INC” modeli və bazara uyğun ən doğru məhsulun hazırlanması, TRİZ nəzəriyyəsi və digər məsələlər haqqında ətraflı məlumat verib.

Sonra məruzəçi İ.Qasımov təlim iştirakçılarının mövzu barədə çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, sürətlə modernləşənMDU-da tələbə və müəllim kollektivinin bilik və bacarıqlarının artırılmasına hədəflənən səmərəli təhsil mühitinin yaradılması xüsusi diqqət mərkəzində saxlanılır.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close