2021-ci ilin 1 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.
Yaz imtahan sessiyasının dördüncü həftəsinin uğurla başa çatmasından bəhs edən Ş.Bayramov tələbə və magistrantların imtahanlarda yüksək fəallıq nümayiş etdirdiyini, müvəffəqiyyət göstəricilərinin qənaətbəxş səviyyədə olduğunu diqqətə çatdırıb.
Ötən həftə ərzində MDU-da Məzun Gününün qeyd edildiyini xatırladan rektor cari tədris ilində universitetdən məzun olan bütün tələbə və magistrantları bir daha təbrik edib və gələcək karyera inkişafı yolunda onlara uğurlar arzulayıb.
İmtahan sessiyasının təşkilindən razılıqlarını ifadə edən tələbələr universitet rəhbərliyinin, professor-müəllim və inzibati heyətin göstərdikləri xüsusi diqqətə və həssaslığa görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 5 iyul tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub. Cari imtahan sessiyası ərzində əvvəlki “Açıq qapı” günləri müvafiq olaraq 3 iyun, 10 iyun, 17 iyun və 24 iyun tarixlərində keçirilib.
Şərhlər bağlıdır.