AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2022-ci ilin 13 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Görüşdə universitetin akademik və inzibati heyət üzvləri də iştirak ediblər.

Payız imtahan sessiyasının ilk həftəsinin uğurla başa çatdığını vurğulayan Ş.Bayramov imtahan prosesinin təşkilində heç bir çətinliyin yaranmadığını və nəzərdə tutulmuş bütün imtahanların baş tutduğunu qeyd edib.

İmtahanlarda iştirakçılıq və müvəffəqiyyət göstəricilərinin ürəkaçan səviyyədə olduğunu diqqətə çatdıran rektor payız imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsində əməyi olan MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib.

Valideynlərin imtahan prosesini yaxından izləmək təşəbbüslərini yüksək qiymətləndirən rektor bu cür fəaliyyətlərin davamlılığı üçün bütün lazımi şəraitin təmin edildiyini deyib.

Səmimi ortamda keçən görüşdə tələbə və magistrantların sual və təkliflərinə münasibət bildirilib. Tələbələr universitetdə imtahan sessiyasının təşkilindən və yaradılan şəraitdən razılıq ifadə ediblər.

Qeyd edək ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günlərinin cari ilin 3 fevral tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker