AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransının materialları dərc olunub

2021-ci ilin 29-30 mart tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) keçirilmiş magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransının materialları kitab şəklində dərc olunub. Qeyd olunan konfrans materiallarında MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin magistrantlarının məqalə və tezisləri yer alıb.

Onlayn formatda baş tutan konfransın plenar iclasında MDU-nun 8 magistrantı, Təhsil və humanitar”, “Təbiət, texnika və texnologiya”, “İqtisadiyyat və idarəetmə” bölmələri üzrə iclaslarda isə 15 magistrant məruzələrlə çıxış ediblər.

Konfrans çərçivəsində məruzələr ətrafında geniş diskussiyalar aparılıb.

Qeyd edək ki, MDU-da tələbə və magistrantların elmi fəaliyyətə aktiv cəlb olunması diqqət mərkəzində saxlanılır, onların elmi potensialının üzə çıxarılması, tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və elmi tədqiqat nəticələrinin ictimaiyyətə təqdim edilməsi imkanlarının genişləndirilməsi məqsədilə əlverişli mühitin yaradılmasına xüsusi əhəmiyyət verilir.

Respublika elmi konfransının materialları ilə aşağıdakı internet linki vasitəsilə tanış olmaq olar:

KONFRANSIN MATERİALLARI

Daha çox

Oxşar yazılar

Close